
İngilis Dili
by Hasan Alisoy
The Preposition - Sözönü
İngilis dilində hal kateqoriyası az olduğundan sözlər arasındakı əlaqə əsasən sözönləri vastəsilə düzəlir.
Sözönləri isimin qarşısında gələrsə əsasən hal şəkilçilərini əvəz edir , feldən sonra gələrsə felin mənasını dəyişir.
İfadə etdikləri mənaya görə sözönləri 4 yerə bölünür.
1.Yer bildirənlər - in, on, at, opposite
2.Zaman bildirənlər - in, on, at, after, before.
3.İstiqamət bildirənlər - to, into, along, from .
4.Mücərrəd əlaqə bildirənlər - with, by, abont .
İngilis dilində in, on, at, həm yer, həm də zaman bildirə bilirlər.
İn – sözönü şəxsin və ya əşyanın nəyinsə daxilində, müəyyən bir yerdə, sərhədləri olan bir ərazidə olduğunu bildirir. Həmin ərazi yer zərfi funksiyasında olarsa.
in the first form - birinci sinifdə
in the city - şəhərdə
in the park - parkda
in the yard - həyətdə
in the garden - bağda
in the sky - səmada
in the book - kitabın içində
in the corner - küncdə ( otağın )
in the cup - fincanda
in the world - dünyada
in the tree - ağacda
in the picture - şəkildə
in the street - küçədə
in the row - cərgədə
in the line - sırada
in queue - növbədə
in the open air - açıq havada
in the shade - kölgədə
in the room - otaqda
in the box - qutuda
in the bag - çantada
Ölkə, şəhər, kənd və sair yaşayış əraziləri yer bildirdikdə
in Azerbajan - Azərbaycanda
in Bakı - Bakıda
Coğrafi cəhətlər yer zərfi olduqda:
In the north - şimalda
in the south - cənubda
bir sıra birləşmələrdə :
in a car - maşınla
in a taxi - taksi ilə
Qeyd: artikl olarsa nəqliyyat vastələri “ by ” sözönü ilə işlədilməz.
to be in time - vaxtında gəlmək
to be interestid in - marağında olmaq , maraqlandırmaq.
to stand in a queue [kju:] - növbədə dayanmaq
in a hat - (şlyapada)
in bed - (yataqda)
in the armchair - kresloda
in hospital - xəstəxanada
in prison - həbsdə
in a newspaper - qəzetdə
in a book, in a photograph - kitabda, şəkildə.
in a picture - rəsmdə
in the sea - dənizdə
in the distance - məsafadə
in the suburb - şəhər ətrafında
in most sities - şəhərlərin çoxunda.
in - zaman bildirərkən aşağıdakı hallarda işlədilir.
1) günün üç hissəsi ilə
in the morning - səhər çağı
in the afternoon - günorta çağı
in the evening - axşam çağı
2) aylar, ( tarix göstərilməsə ) və illər zaman zərfi olduqda.
in may, in September, in 1994
3) fəsillər zaman zərfləri olduqda.
in spring, in simmer - yayda, yazda
4) gələcək qeyri-müəyyən zaman formasının zaman zərfi ilə
in two days - iki günə, iki gündən sonra
5) əsrlər zaman zərfi olduqda
in the XX century
6) dövrlərlə
in my life - həyatımda
in my youth - gəncliyimdə
On - sözönü səxsin və ya əşyanın üfüqi, istərsə şaquli vəziyyətdə nəyinsə üstündə olduğunu bildirir. Dilimizə üstündə, - da2 kimi tərcümə olunur.
Example : The book is on the table. The picture is on the wall.
on the right - sağda
on the left - solda
on the plate - boşqabda
to go on foot - piyada getmək
on the way - yolda
on the ground - yerdə
on the Earth - yer kürəsində
on the floor - döşəmədə, mərtəbədə
on seashore,
on the cost - dəniz sahilində
on the isle - adada
on the beach - çimərlikdə
on TV - televizorda
to dry on the towel - dəsmalla qurulanmaq
to speak on (or over) the telephone - telefonla danışmaq
on the map - xəritədə
on new Year’s Eve - yeni il bayramında
on holiday, vacation - tətildə, məzuniyyətdə
on Christmas Day - milad bayramı, day olmasa at ilə işlənir.at Christmas
Next - Davamı Paylaş