top of page

İngilis Dili
by Hasan Alisoy
Preposition - Sözöznü Davamı
Zaman bildirərkən :
1) “ on ” həftənin günləri zaman zərfi olduqda işlənir.
on Monday, on Sunday
on a warm spring day - mülayim bir yaz günü
2) Əgər həftənin günləri morning , evening , afternoon sözləri qarşısında gələrsə yenə “ on ” işlənir.
on Friday morning - cümə günü axşamı
3) Aylardan əvvəl və ya sonra rəqəm gələrsə:
on the fourth of March
On - kitabın, filmin, pyesin, danışığın məzmunu haqqında söhbət gedərkən işlədilir.Bu zaman sözönü dilimizə haqqında, - dan2 kimi tərcümə olunur.
I have book on history - mənim tarixdən çox kitabım var.
Bir sıra ifadələrlə :
to put on - geyinmək
to go on - davam etmək
to get on - minmək
to depend on - asılı olmaq
on my return - mən qayıdanda
on that day - həmin gün
to turn/switch on - yandırmaq
to try on - geyib baxmaq
on page - səhifə ... də
on average - orta hesabla
on a bus / train / ship / plane - avtobusla, gəmilə, qatarla, təyyarə ilə
on sale - satışda
on business - biznes üçün.
a legend on our heroes - qəhramanlarımız haqqında əfsanə
to go on an excursion - ekskusiyaya getmək
at - əsasən yer bildirir, yanında, kənarında , arxasında, – da2 kimi tərcümə olunur.
Ex : The teacher is at the window . - Müəllim pəncərənin yanındadır.
The tree is at the river - Ağac çayın kənarındadır.
He sits at the desk - O parta arxasında oturur.
at home - evdə
at school - məktəbdə
at the lesson - dərsdə
at the party - ziyafətdə
at the station - vağzalda
at the weekend - həftə sonu
at the moment - hazırda
at zaman bildirərkən aşağıdakı hallarda işlədilir:
Saatları göstərərkən
at eight o’clock - saat 8-də
at 9 p.m - saat 9- da (günortadan sonra)
at last - nəhayət
at the same time - eyni vaxtda
at that moment - o anda
at that time - o vaxtda
Günün üç hissəsi zaman zərf olarsa:
at noon - günorta saat 12-də
at night - gecə vaxtı
at midnight - gecə yarısı
Əgər günün bu hissəsi artikl ilə verilərsə “ at ” sözönü işlədilməz.
During the night - gecə vaxtı, ərzində
Keçmiş davamedici zaman forması dəqiq zaman zərfi ilə ifadə olunduqda.
at this time yesterday - dünən bu vaxt
at this time last Monday - keçən bazar ertəsi bu vaxt
Bir sıra ifadələrlə :
at the station - stansiyada
at the airport - aeroportda
at the bus – stop - avtobus dayanacağında
at the traftic light - işıq forda
at each bus stop - hər bir avtobus dayanacağında
at my uncle’s - əmimgildə
at the doctor’s - həkimdə
at the baker’s - çörək mağazasında
at the concert - konsertdə
at the party - şənlikdə
at the football match - futbol oynunda
at the corner of the street - küçənin tinində
at the age of 5 - beş yaşında
at the door - qapının ağzında
at the gate - darvazanın ağzında
at the border crossing - sərhəd keçid məntəqəsində
at the top/bottom of the page - səhifənin başında , aşağısında
at 65 Nizami street - Nizami küçəsi 65-də
Əgər küçənin adı nömrəsiz verilərsə in sözönü işlədilir.
in Nizami street - Nizami küçəsində
at dinner/supper - nahar/şam vaxtı
at the end - sonda ,axırda
at first - əvvəlcə
at least - heç olmasa, hər halda
at last - nəhayət
at once - dərhal
at present - hal-hazırda
at sözönü ilə mənasını dəyişən fellər :
to look at - baxmaq
to laught at - gülmək
to smile at - gülümsəmək
to work at - bir iş üzərində işləmək
to be good at smth - bir işdə bacarıqlı, səriştəsi olmaq
to arrive at - çatmaq ( məktəbə, partiyə )
to wink at - göz vurmaq
to throw at - atmaq ( gül, daş )
to shout at - kiminsə üstünə qışqırmaq
hotel, və restaurant sözləri həm at, həm də in sözönü ilə işlənir.
at/in hotel - oteldə
at /in restaurant - restoranda
to - hərəkətin istiqamətini bildirir.Əsasən - a 2 - ya 2 və ya tərəf, gilə kimi tərcümə olunur.
Example: I go to London - Mən Londana gedirəm
I go to the map - Mən xərtəyə tərəf gedirəm
I go to my friend - Dostumgilə gedirəm
home sözü qarşısında istiqamət bildirmək üçün heç vaxt “ to ” işlənməz
to go home - evə getmək
bir sıra fellərlə to sözönu işlənir.
to go to - harasa getmək
to get to - harasa çatmaq
to pay attention to smb. - kiməsə diqqət vermək
to belong to smb. - kiməsə məxsus olmaq
to speak to smb. - kiminləsə danışmaq
to talk to - kiminləsə söhbət etmək
to listen to - kiməsə qulaq asmaq
to hear from smb. - kimdənsə eşitmək
to write to smb. - kiməsə yazmaq
to phone to smb. - kiməsə zəng etmək
to prefer smth to smth - bir şeyi o birindən üstün tutmaq
to be nice / kind to smb. - kiməsə qarşı səmimi / mehriban olmaq
to be nice / kind of smb. to do smth - bir kəsin nəsə etməsinə sevinmək
from – dan,dən tərcümə olunur.Böyük obyekdən ayrılmağı bildirir.
I come from school - Məktəbdən gəlirəm
into – içinə, içərisinə tərcümə edilir. Bayırdan örtülü yerə istiqamət bildirir.
Put your books into your bag. - Kitablarınızı çantalara qoyun.
to get into a car - maşına minmək
near- yaxınlığınnda kimi tərcümə edilir.Mənaca at sözönünə yaxındır.Near böyük obyektlərin yanında, at isə nisbətən kiçik obyektlərin yanında,kənarında tərcümə edilir.
Example : near school - məktəbin yanında
At the window - pəncərənin yanında
under – nəyinsə altında:
under the table - stolun altında
but: in the Sun - günəşin altında
in the rain - yağışda
in the Shade - gölgədə
out off - örtülü yerdən bayıra olan hərəkəti bildirir.
out off the room - otaqdan çıxmaq
above, over - üzərində, yuxarısında kimi tərcümə olunur.
above - nəyisə yuxarısında , yuxarı
The flag is above the window - Bayraq pəncərənin yuxarısındadır.
The clock is above the TV
over - nəyinsə üzərində , üstündə, üzərindən
over the river - çayın üzərində
over the city - şəhərin üzərində
to turn over page - səhifəni çevirmək
all over the world - bütün dünyada
over- bəzən o tayında kimi tərcümə olunur.
Ex: I see a small hause over the river - Mən çayın o tayında balaca ev görürəm.
in front of - qarşısında, qabağında, adətən iri obyektlərlə işlənir.
There are many trees in front of our school - Məktəbimizin qarşısında çoxlu ağaclar var.
behind - arxasında, arxada:
There is a garden behind the house - Evin arxasında bağ var.
Between - ikisinin arasında, yəni bu sözönü obyekt iki əşyanın, iki şəxsin, iki sıranın arasında olarkən işlədilir.
The TV is between the sofa and the bookcase - Televizor divan ilə kitab şkafının arasındadır.
among - arasında, ikidən artıq şəxs və ya əşya arasında sifət və zərfi üstünlük dərəcəsində tələb edir.
Distribute the books among the students - Kitabları şagidlər
arasında paylaşdırın.
In the middle of - ortasında , mərkəzində kimi tərcümə olunur.Həm zaman, həm də yer bildirir.
The table is in the middle of the room - Stol otağın ortasındadır.
Everywhere is green in the middle of the spring - Yazın ortasında hər yer yaşıl olur.
after - Sonra kimi tərcümə olunur.
after school - məktəbdən sonra
after dinner - nahardan sonra
the day after tomorrow - birisigün
one after another - bir- birinin ardınca
to look after - qayğısına qalmaq , qulluq etmək
to take after - oxşamaq ( xarakterimə görə ).
After - bəzən “ şərəfinə ” kimi tərcümə edilir.
after the guests - qonaqların şərəfinə
before - əvvəl, qabaq kimi tərcümə edilir.
before lesson - dərsdən əvvəl
before dinner - nahardan qabaq
the day before yesterday - sırağa gün
During - ərzində, müddətində
While - ərzində, müddətində bu iki sözün arasında fərq ondan ibarətdir ki,during - özündən sonra isim, while - isə özündən sonra (fel ) bütöv cümlə başlanır, əsasən keçmiş davamedici zamanda olur.
down - aşağıya olan hərəkəti bildirir.
to sit down - əyləşmək
to jump down - aşağı tullanmaq
to write down - köçürmək
to fall down - yıxılmaq
along - istiqamətində, boyu, boyunca:
along the river - çay boyunca
towards [ t ə ’w s : d z ] - tərəfə, istiqamətə, sarı:
They were driwing towards the shore of the Caspian Sea . Onlar Xəzər dənizi sahillərinə sarı gedirdilər.
next to - (bitişik, mənasında )
beside - yanında, yanaşı
Sadig was sitting beside /next to Arzu. - Sadiq Arzunun yanında oturmuşdur.
opposite [ o p ə z ı t ] - üz - üzə, üzbəüz, qarşı - qarşıya
They were sitting opposite us - Onlar bizimlə üzbəüz oturmuşdular.
round
ətrafında, dövrəsində, ətrafına, dövrəsinə
around
We walked round the town - Biz şəhər ətrafında dolaşdıq.
across [ ə ’ k r s s ] - arasından, içərisindən, eninə, o biri tərəfdə
My home is situated across the street. Evim yolun o biri tərəfindədir.
across the river/street - çayı/ yolu keçmək
accross bridge - körpüdən keçmək
below [ b ı ’l o u ] - aşağı, aşağıda, altında
The temperature is usually 200 c below zero in Winter in Russia. - Qışda Rusiyad a tempratur - 20 dərəcə olur (sıfırdan 20 dərəcə aşağı olur).
Next - Davamı Paylaş
bottom of page