top of page

İngilis Dili
by Hasan Alisoy
Adverb - Zərf
Zərf hərəkətin əlamətini və yaxud hərəkətin hansı şəraitdə, nə halda, harada, necə, nə zaman icra olunduğunu bildirən nitq hissəsinə deyilir. Zərf cümlədə əsasən felə aid olur.
Ex: She came yesterday - O dünən gəldi.
Ali speaks well - Əli yaxşı danişır.
Mənalarına görə zərflər ingilis dilində aşağıdakı qruplara bölünür.
1.Hərəkətin zamanını bildirən zərflər: today, tomorrow, before, after, still, yet, soon, once və sairə.
2.Hərəkətin yerini bildirən zərflər - here, there, inside, outside, downstairs, upstairs, homeward and so on.
3.Hərəkətin səbəbini və nəticəsini bildirənlər: therefore - ona görə,onun üçün, conseguently, accordingly - ona görə, əsasən .
4.Hərəkətin tərzini, necə baş verdiyini bildirən zərflər - daily, always, usually, quickly, fast, hard.
5.Hərəkətin təkrar edilməsini göstərən zərflər: often, seldom, sometimes, scarcely - güclə, çətinliklə.
6.Hərəkətin dərəcəsini, ölçüsünü bildirən zərflər: nearly, almost, hardly, much, very, enough, little, too and so on.
Davamı - Next Paylaş
bottom of page