top of page

İngilis Dili
by Hasan Alisoy
The degreese of adverbs - Zərfin dərəcələri
İngilis dilində ancaq keyfiyyət zərflərinin dərəcə kataqoriyası var.Zərfin də dərəcəsi sifətlərdə olduğu kimi 2 üsulla düzəlir :
1) Sintetik üsulla - yəni zərfin sonuna şəkilçi əlavə edilməklə.
2) Analtik üsulla - yəni zərfin əvvəlinə köməkçi söz əlavə etməklə.Birhecalı keyfiyyət bildirən zərflərin müqayisə dərəcəsində - er, üstünlükdə isə - est şəkilçisi əlavə etməklə, düzəlir.
fast - faster - fastest
hard - harder - hardest
long - longer - longest
İki və çoxhecalı zərflərin müqayisə dərəcəsi zərfin əvvəlinə “more”, üstünlük dərəcəsini isə zərfin əvvəlinə “ most ” artırmaqla düzəlir.
nicely – more nicely - most nicely
Bütün “ ly” ilə düzələn zərflərin müqayisə dərəcəsi more , üstünlük dərəcəsi most ilə düzəlir.Müqayisə dərəcəsi much ilə qüvvətləndirilir. Yalnız “ early” zərfinin müqayisə və üstünlük dərəcəsi “ er ”,- “ est” artırmaqla düzəlir, çünki “- ly” burada zərf düzəldən şəkilçi deyil, kökün özündədir.Ümumiyyətlə zərflər əsasən sifətin üzərinə - ly artırmaqla düzəlir.
Ex : slow – slowly, nice - nicely.
hard, fast,early, late, near, short, far, straight, big, long həm sifət, həm də zərfdirlər . İsimdən əvvəl gələndə sifət feldən sonra işləndikdə zərf olurlar.
hard work – çətin iş ( sifət )
He works hard - o, çox işləyir .(zərf)
hardly, nearly, lately zərfdirlər, ancaq dərəcələri yoxdur. Ancaq öz tərcümələri yerinə işlədilirlər. Hardly - güclə, çətinliklə, nearly- demək olar ki, lately - son zamanlar kimi tərcümə edilirlər.
hardly – işləndiyi cümləyə daha inkarlıq işlənmir, inkarlıq onun özündədir .
Bəzi zərflərin dərəcələri kökün dəyişməsi yolu ilə düzəlir.
well - better - best
badly - worse - worst
much - more - most
little - less - least
Bəzi zərflərin 2 müqayisə və iki üstünlük dərəcələri var.
near - nearer nearest
next
far - farther - farthest
further - furthest
late - later latest
last
1.Əgər cümlədə as ... as, not so ... as, not as ... as, too, very, rather, quite olarsa zərf adi dərəcədə olur.
2. Əgər cümlədə that, much, a little, a bit olarsa orada zərf müqayisə dərəcəsində olur.
3. Əgər cümlədə which, which of, of all, ever, in the world, in the village, at home, at school və sairə varsa orada zərf üstünlük dərəcəsində olur.
Enough - həm isim, həm də sifətlə işlənir. Enough isimdən əvvəl, sifətdən sonra işlənir.
Ex: enough time, but: hot enough, cold enough.
Zərfin cümlədə yeri
Tərzi hərəkət zərflərinin yeri əsasən feldən sonradır .
Ex : She was walking slowly.
Əgər cümlədə feldən sonra tamamlıq olarsa zərf tamamlıqdan sonra gəlir.
Ex : He recited the poem loudly. O , ucadan şer oxudu.
Diqqət: zərf fel ilə tamamlıq arasında dura bilməz.
Cümlədə feldən sonra məsdər olduqda zərf feldən əvvəl gəlir.
Ex : He seriously began to study. - O , ciddi oxumağa başladı.
Qeyri-müəyyən zaman zərfləri: always, often, seldom, ever, never, just, already, sometimes, soon, yet.
Sometimes əsasən cümlənin əvvəlində gəlir.
Yet isə inkar cümlədə sonda gəlir.
1.Əgər bir mübtəda bir xəbər olsa qeyri müəyyən zərflər ikisinin arasında gəlir.
Ex : He often goes to the library.
2.Cümlədə xəbər köməkçi və əsas fellə ifadə olunmuşsa (bir köməkçi fel və bir əsas fel olarsa) bu zərflər,
köməkçi fellə əsas felin arasında işlənir.
Ex : I shall never forget you. - Mən səni heç vaxt unutmayacağam .
3.Cümlədə iki köməkçi fel olduqda bu zərflər birinci köməkçi feldən sonra işlənir.
Ex : The letter has already been sent. - Məktub artıq yola salınmışdır.
4.Qeyri-müəyyən zaman zərfləri can, may, must modal fellərdən sonra gəlirlər.
Ex : I must always greet her.
5.Cümlədə “must” felinin əvəzedicisi “have to” vastəsilə ifadə olunduqda qeyri-müəyyən zaman zərfləri “have to” - dan əvvəl gəlir.
Ex : I often had to help her. - Mən tez – tez ona kömək etməli olurdum.
6.Hərəkət “used to” feli ilə ifadə olunduqda qeyri-müəyyən zərflər “used to” – dan əvvəl gəlir.
Ex : He often used to go the village. - O tez-tez kəndə gedərdi.
Davamı - Next Paylaş
bottom of page