top of page

İngilis Dili
by Hasan Alisoy
Zərf ilə işlənməyən fellər.
Bir qrup fellər var ki, onlardan sonra zərf işlənmir, sifət işlənir. Bunlar aşağıdakılardır: to get, to be, to become, to grow - olmaq mənasında, yəni to get - əldə etmək, to get to - çatmaq, to get on - minmək, to get off - düşmək, to get up - yataqdan qalxmaq mənasında zərf ilə işlənirlər, yalnız “to get” olmaq mənasında zərf ilə deyil, sifət ilə işlənir.
Ex : to get sad , to get tired və sair.
to be, to become həmişə sifət ilə işlənir, yalnız “to be well” insanın əhval-ruhiyyəsinə aid olanda işlənir, çünki good insanın əhval ruhiyyəsinə aid işlənmir.
to grow yalnız olmaq mənasınnda sifət ilə işlənir, yəni to grow becərmək mənasında zərf ilə işlənir.
to grow old – qoca olmaq
to taste - dadmaq, to sound - səslənmək, to remain - qalmaq, to smell - iyi gəlmək, iyləmək, to seem - elə gəlmək, elə görünmək - həmişə sifət ilə işlənirlər.
to feel - hiss etmək - həmişə sifət ilə işlənir, yalnız to be və to feel - yaxşı mənasında insanın əhval ruhiyyəsinə aid olduqda “good” ilə deyil “well” ilə işlənir.
I feel well və ya I am well but the film is good.
to look - görünmək mənasında sifət ilə işlənir.
Ex : to look nice - gözəl görünmək.
Əgər :
to look at - baxmaq
to look for - axtarmaq
to look through - nəzərdən kerirmək
to look up - lüğətdən söz seçmək
to look after - qulluq etmək
to look like - bənzəmək
to look forward - bir şeyi səbirsizliklə gözləmək
to look araund - ətrafa baxmaq
to look up and down - aşağı yuxarı baxmaq
to look ahead - irəli baxmaq - olarsa zərf ilə işlənəcəklər.
to look - yalnız görünmək mənasında sifət ilə işlənir, (söz önsüz olanda).
lonely life - təhna həyat, lonely woman, lovely weather ;
lonely, lovely - sifətdir, alone - zərfdir. to stay alone - tək qalmaq,
to be alone - tək olmaq.
Bəzi zərflər cümlədə əlavə məna çalarları yaradırlar.
too, also, either - hər üçü həmçinin, da, də - kimi tərcümə olunur.
too - təsdiq və sual cümləsini təsdiq edir, cümlənin lap sonunda gəlir.
also - təsdiq və sual cümləsini təsdiq edir, cümlənin ortasında gəlir.
either - inkar cümləni təsdiq edir , cümlənin lap sonunda gəlir.
else - daha, even - hətta, only - yalnız, just - elə, məhz mənanı qüvvətləndirmək üçün işlədilir.
When, where,why, how, how well - bunlar sual zərfləridir; mübtəda və ya tamamlıq budaq cümləsini bağlayanda (yəni cümlənin ortasında gələrkən) bağlayıcı zərf olurlar, zərf funksiyasında işlənirlər.
So - beləliklə, therefore - odur ki, however - lakin, besides - bundan başqa, otherwise, or - ya, yoxsa bunlar da bağlayıcı zərf kimi işlənirlər.Zərflər sadə düzəltmə və mürəkkəb olurlar.
Sadə zərflər: here, there, fast, hard
Düzəltmə zərflər: quickly, homeward, slowly
Mürəkkəb zərflər: sometimes, somewhere, anyhow, anywhere və sair.
Paylaş
bottom of page