top of page

Relative pronouns – Nisbi əvəzliklər

 

 

Who (kim ki) (whom – kimi ki, whose – kimin ki), which (hansı ki), that (hansı ki) nisbi əvəzliklərdir və təyin budaq cümlələrində mübtəda və ya tamamlıq kimi işlənirlər. Bu halda baş cümlədə elə bir söz olur ki, həmin nisbi əvəzlik ona aid olur.

  • Who(whose, whom) - əgər baş cümlədəki  bu söz şəxsi bildirərsə, təyin budaq cümləsində who(whose, whom) nisbi əvəzliyi işlənir. Who nisbi əvəzliyi mübtədanın, whom isə tamamlığın yerinə işlənir. Cümlədə who əvəzliyində sonra əsasən fel, whom-dan sonra isə isim işlənir.

People who live in these houses are poor.                     (Bu evlərdə yaşayan insanlar kasıbdırlar.)

The men whom the  police arrested were pickpockets. (Polisin həbs etdiyi insanlar cibgirdilər.)

Qeyd: who əvəzliyi whom əvəzliyini əvəz edə bilir və bu zaman özündən sonra isim işlənir.

The boy who / whom you saw is my brother. (Sənin gördüyün oğlan mənim qardaşımdır )

  • Which -  əgər baş cümlədəki söz əşyanın, yaxud heyvanını adını bildirərsə, təyin budaq cümləsində which nisbi əvəzliyi işlənir.

Where is the article which you have translated? (Sənin tərcümə etdiyin məqalə haradadır?)

-  Bəzi halda which baş cümlədə bir sözü deyil, bütöv fikri əvəz edə bilər.

The teacher expects me to compose a poem which is impossible. (Müəllim məndən mümkün olmayan bir şeir qoşmağı gözləyir.)

  • That əvəzliyi canlı varlıqlara və əşyalara aid olub who, whom, which əvəzliklərinin yerinə işlənə bilir. Əgər isim sifətin üstünlük dərəcəsi, sıra sayı, only, any, all sözlərindən birinə aid olarsa, that əvəzliyindən istifadə olunur.

This is the first composition that (which)I have written in English. (Bu mənim ingilis dilində yazdığım birinci imlamdır)

All the passengers that(who) were on the board of the ship were saved. (Gəminin göyərtəsində olan bütün sərnişinlər xilas olundular)

  • Whose əvəzliyi canlı, bəzən də cansız isimlərin qarşısında işlədilir. Whose sözündən sonra mütləq isim işlənir.

This school is for the children whose mother tongue is not English. (Bu məktəb ana dilləri ingilis dilində olmayan uşaqlar üçündür)

In the library I chose the book whose pages were illustrated yaxud In the library I chose the book the pages of which were illustrated. (Mən kitabxanada səhifələri şəkilli olan kitabı seçdim)

 

 

 

 

 

 

RELATIVE CLAUSES - Təyin Budaq Cümlələri -  VIDEO LESSON by Hasan Alisoy

bottom of page