
İngilis Dili
by Hasan Alisoy
Reflexive Pronouns - Qayıdış əvəzlikləri
Bütün şəxs əvəzliklərinin müvafiq qayıdış əvəzliyi var və onların təkdə sonuna – self, cəmdə isə - selves əlavə etməklə düzəlir. Mübtədanın (şəxsin) etdiyi hərəkət təkrar mübtədaya qayıdır. Yəni, mübtəda və tamamlıq eyni insanlardır.
1-ci şəxs
Myself
Ourselves
2-ci şəxs
Yourself
Yourselves
3-cü şəxs
Himself, herself, itself
Themselves
Bir cümlədəki mübtəda eyni zamanda o cümlənin tamamlığı vəziyyətindədirsə (If the subject is also the object) bu zaman Azərbaycan dilində özü/öz – deyə ifadə etdiyimiz qayıdış əvəzliklərindən istifadə edirik.
He cut himself when he was shaving. (O üzünü qırxanda özünü kəsdi)
The record player switched itself off. (Maqnitafonun özü söndü)
Ann and Tom blamed themselves. (Ann və Tom özlərini günahlandırdılar )
QEYD: Bu formalar “bir-birlərini” mənasını vermirlər. Bunun üçün each other və ya one another işlədilir.
Ann and Tom blamed each other. (Ann və Tom bir-birlərini günahlandırdılar )
QEYD: Bu formalar bəzi fellərlə işlədilməzlər [concentrate, relax, feel, meet, hurry, ]
You must try and concentrate. (NOT: …concentrate yourself)- (Sən çalışıb fikirini cəmləşdirməlisən)
How do you feel? (NOT: How do you feel yourself?) – (Özünü necə hiss edirsən?)
Hərəkətin mübtəda üzərində icra olunduğunu bildirən wash, shave, dress, comb (dry feli istisnadır ) fellər ilə də işlədilmir.
He got up, washed, shaved and dressed. (O yuxudan oyandı. əl-üzünü yudu, üzünü qırxdı və geyindi.)
- Diqqət : bring with (özü ilə gətirmək), take with (özü ilə götürmək) felləri ilə qayıdış əvəzlikləri işlədilmir.
It might rain, I’ll take an umbrella with me. (Yağış yağacaq. Mən özümlə çətir götürəcəyəm)
Bu cür əvəzliklər çox tez-tez but-dan sonra işlədilir.
He insulted no one but himself. (Başqasını deyil özünü təhqir etdi.)
They accused no one but themselves. (Özlərindən başqa heç kimi günahlandırmadılar)
By myself /yourself və s. = yalnız tək başıma mənasını verir. On
my/your/his/her/our/their own da eyni mənanı verir.
I didn’t do it by myself / on my own. (Onu tək başıma etmədim)
Bir qisim fellər qayıdış əvəzlikləri ilə işlədilir.
Enjoy oneself = ( ləzzət almaq, xoşuna gəlmək)
Cut oneself = ( özünü kəsmək (bıçaqla))
- Help yourself ifadəsi yemək təklif edərkən işlədilir.
Help yourselves to the cake, please (Buyurun, tort yeyin)
Help yourselves to the fruit (meyvəyə qonaq olun)
- Talk to oneself (öz–özü ilə danışmaq)
He sometimes talks to himself. (O bəzən öz-özünə danışır)
- Be proud of oneself (özü ilə fəxr etmək)
We are proud of ourselves. (Biz özümüzlə fəxr edirik)