top of page

Reciprocal pronouns  - Qarşılıq əvəzlikləri

 

İngilis dilində iki qarşılıq əvəzliyi vardır:

each other, one another

 

Adətən each other iki şəxsə , one another isə iki və daha çox şəxsə aid olur. Lakin bu qayda heç də həmişə gözlənilmir.

 

- Qarşılıq əvəzlikləri cümlədə adətən tamamlıq funksiyasında çıxış edir.

Anar and Samir greeted each other. (Anar və Samir bir-birlərini salamladılar)

We all try and help one another.      (Bizim hamımız çalışıb bir birimizə kömək etməliyik)

 

- Qarşılıq əvəzliklərinin yiyəlik hal forması var: each other’s, one another’s

They didn’t know each other’s addresses.  (Onlar bir-birlərinin ünvanlarını bilmirdilər)

 

- Each other/one another bir qayda olaraq meet və ya marry fellərindən sonra işlədilmir. Belə fellərin özləri elə o mənanı verir.

They met 1992 and married in 1994. (Onlar 1992-ci ildə görüşdülər və 1994-cü ildə evləndilər)

bottom of page