
İngilis Dili
by Hasan Alisoy
Simple Present (Present İndefinite) İndiki qeyri-müəyyən zaman
Bu zaman formasını düzəldərkən məsdərdən “ to ” ədatı atılır,bütün şəxslərdə fel olduğu kimi qalır yalnız ІІІ şəxsdə təkdə fel-s və ya –es sonluğu qəbul edir.
Ex: I go We go
You go You go
He ( she) goes They go
Əgər fel s, ss, sh, ch, ch, tch, x, z , o hərifləri ilə bitərsə üçüncü şəxs təkdə felə - es əlavə olunur.
Ex: He teaches. She passes.
Bu zamanın sual formasını düzəldərkən “to do” köməkçi felindən istifadə edilir. “Do” köməkçi feli cümlənin lap əvvəlinə mübtədadan əvvələ keçir.Bu zaman ІІІ səxsdə əlavə olunan s, -es düşür və do ilə deyil ІІІ səxsə does ilə sual verilir
Ex: Do I go ? Do we go ?
Do you go Do you go ?
Does he(she) go ? Do they go ?
İnkar formasınını düzəltmək üçün isə mübtədadan sonra “ do və ІІІ şəxsdə does” köməkçisi feli və “ not ” inkar hissəciyi qısa , tam şəkildə əlavə olunur.
Ex: I don’t read. We don’t read.
You don’t read. You don’t read.
He ( she ) doesn’t read. They don’t read.
Qısa təsdiq və ya qısa inkar forması do köməkçi feli,və ya does ( ІІІ şəxsdə ) ilə verilir.
Yes, I do. No, I don’t . Yes, he does. No, he doesn’t
Bu zamanın sual inkar forması do köməkçi feli, sonra mübtəda, sonra isə not inkar hissəciyi yalnız və ya lap əvvəldə verilir.
Do I not go ?
Don’t I go ?
İşlədilməsi: Aşağıdakı hərəkətləri bildirmək üçün işlədilir.
1.Adət halını almış təkrarən icra edilən hərəkətləri bildirmək üçün .Bu halda hərəkətin təkrar olunmasını bildirmək məqsədilə.Bu zaman every day (week,month,summer,year), usually zərfləri ilə işlədilir.
I go to the İnstitute every day.
They usually have dinner at five every day.
2.Təbiət və cəmiyyətdə ümümi həqiqət olaraq baş verən hərəkətləri bildirmək üçün.
The sun rises in the East.
Water boils at cintigrade.
The Earth travels around the sun.
3.Haqqında danışılan şəxsi səciyyələndirən hal və hərəkətləri bildirmək üçün.
He sleeps soundly
They play tennis well.
4.Zaman və şərt budaq cümlələrində till, untill, when, before, as soon as, if bağlayıcılarindan sonra gələcək zamanda baş verəcək hərəkətləri bildirmək üçün.
Bu zaman bağlayıcılar olan tərəf yəni budaq cümlə indiki qeyri-müəyyən zamanda baş cümlə gələcək zamanda olur.
I shall go to the cinema if she comes.
Bu zamanın zaman zərfləri every day (week, month, year, summer), usually, seldom , sometimes, onse a week, onse a month, onse a day, once a year, on sundays, on mondays, to day.