top of page

 Yiyəlik əvəzlikləri (possessive pronouns)

Yiyəlik əvəzlikləri mənsubiyyət bildirir. Hər bir şəxs əvəzliyinin müvafiq yiyəlik əvəzliyi vardır. Bu əvəzliklərin iki forması var: asılı forma (conjoin form) – isimlə işlənən forma və müstəqi forma (absolute form) – isimi əvəz edən, yəni isimsiz işlənən forma. (isimlə işlənənlər: my, your, his/her/its, our, your, their; isimlə işlənməyənlər: mine, yours, his/hers/its, ours, yours, theirs)

 

isimlə işlənən forma

My   (mənim)

Your (sənin)

 His  (onun- kişi cinsi)

Her  (onun – qadın cinsi)

Its    (onun – orta cins)

Our   (bizim)

Your  (sizin)

Their  (onların)

 

isimsiz işlənən forma

Mine (mənimki)

Yours (səninki)

His (onunku – kişi cinsi)

Hers (onunku – qadın cinsi)

Its (onunku – orta cins)

Ours (bizimki)

Yours (sizinki)

Theirs (omlarınkı)

 

  Cümlədə isimi all və both əvəzlikləri təyin etdikdə, yiyəlik əvəzlikləri bu əvəzliklərdən sonar gəlir.

All my friends are students (mənim bütün dostlarım tələbədir)

All his sons work at university. (Onun bütün oğlanları univeristetde işləyir)

Digər təyinedicilər yiyəlik əvəzliyindən sonra gəlir.

My elder brother is an economist (Mənim böyük qardaşım iqtisadçıdır)

 İsimlə işlənməyən formalar bəzən dilimizə “öz” mənasında tərcümə olunur, lakin

            tərcümədə “öz” sözünü işlətmirik.

He raised his hand (O əlini qaldırdı)

 

   Its və it’s fəqrli formalardır. It’s=It is
Its tail is short. (Onun quyruğu qıssadır)
It’s a short tail. (O qıssa bir quyruqdur)
 

 isimlə işlənən forma və müstəqi forma whose sualına cavab verir.
“Whose are those cars? Those are his cars və ya those are mine. (Bu maşınlar kimindir? Onlar onun maşınlarıdır və ya onlar mənimkidir.)
 

 Own sahiblik bildirir. Vurğu məqsədilə işlədilir. [my/your etc. +own+ N]
It’s my own house. (O mənim öz evim)
- own  aşağıdakı forma ilə  tez-tez işlədilir: [a+isim+of+my/your etc.+own]
This is a car of my own = This is my own car. (Bu mənim öz maşınımdır)
It is a fault of your own = It is your own fault. (Bu sənin öz səhvindir)
 

 the heç vaxt yiyəlik əvəzlikləri ilə işlədilməz.
He is my friend. (NOT:  He is the my friend)- (O mənim dostumdur)
She was my first girl friend. (NOT: She was my the first girl friend) – (O mənim birinci qız dostumdur)
A friend of mine = one of my friends.
A good idea of yours = one of your good ideas.
A student of hers = one of her students.

bottom of page