top of page

Şəxs əvəzlikləri (Personal Pronouns)

 

İnsanların və əşyaların yerinə işlədilən şəxs əvəzlikləri (personal pronons)  cümlə içərisində yerləşdikləri yerə və ya yerinə işləndikləri şəxslərə görə dəyişirlər. Şəxs əvəzlikləri adlıq halında (the nominative case) və obyekt halında (the objective case) olur. Dolasıyla bu şəxs əvəzlikləri feldən əvvəl gələnlər və feldən sonra gələnlər olaraq ikiyə bölünür.

 

Şəxs əvəzlikləri –işlədilmələri

 I-  Hər zaman böyük hərflə yazılır:

Do you know who I am? (Mənim kim olduğumu bilirsəm)
 

You - həm tək həm də cəmdə işlədilir və hər iki halda fel s/es qəbul etmir.

Are you here James? (Geyms, sən burdasan?)
Are you here kids?     (Uşaqlar, siz burdasınız?)

 

§       Ümumiyyətlə insanlardan bəhs edərkən:

You must show your ID whenever a policeman asks.  (Polis nə vaxt soruşanda, sən öz şəxsiyyət vəsiqəni göstərmlisən.) 

All people must show… (Bütüb insanlar göstərməlidir)
 

§       he atalar sözlərində  anyone deməkdir. Həm kişi həm də qadın nəzərdə tutulur.

He who hesitates is lost? (tərəddüd edən insan uduzar)
 

§      Cinsin önəmli olmadığı durumlarda daha öncə adı çəkilmiş bir grup üçün:

Every child needs to know that he is loved. (Hər uşaq sevildiyini bilmək ehtiyacı duyur əHə)
 

§      she ölkələr, gəmilər və bəzən digər nəqliyyat vasitələri üçün işlədilir.

When the titanic sank, nobody believed that it was possible to save her. (Titanic batanda, onun xilasının mümkünlüyünə heş kəs inanmırdı.)
 

§      we bütün insanlar mənasında  


 We must protect the environment against pollution.(Bütün insanlar (yəni biz) ətraf mühiti çirklənmədən qorumalıyıq)

 

§     Except, with, without sözləri ilə şəxs əvəzliyinin obyekt hal işlədilir.

He will come with me (O mənimlə gələcək)

 

It əvəzliyinin işlədilməsi

§     Kim olduğunu bilmədiyimiz insanlar üçün:
“Knock….knock…..knock!”  “Who is it?”  “It’s your driver sir. “(Qapı döyülür! “Kimdir?” “Cənab, sizing sürücünüzdür”)

§      Cinsi bilinməyən körpələr üçün:
What a lovely baby. (Necə də sevimli körpədir) Is it a boy or a girl? (Oğlandır yoxsa qız?)

§      Tempratur, hava, məsafə və zaman üçün (temperature, weather, distance or time):
How long is it to the station?(for time or distance) (Stansiyaya nə qədər var?)
It’s early/late. It’s 5 am. It was Friday (for time) (erkəndir/gecdir, saat 5-dir, cümə günüdür )
It’s cold/warm. It’s raining/snowing/freezing. It was foggy (for weather) (Soyuqdur/istidir, yağış yağır/qar yağır/ dondurur)
 It is two miles to the beach. (distance) (çimərliyə iki mildir)
It’s 25oC (for temp) (25 dərəcə selsidir)

§      Everything, something, anything, nothing sözlərinin əvəzliyi olaraq :
Everything was ready, wasn’t it? (Hər şey hazırdır, ele deyil?)

§      Məsdərlər üçün:
It was foolish to say such a thing. (belə şey söyləmək axmaqlıq idi)

§      That-lə başlayan cümlələr üçün:
It is a pity that you can’t come with us.(təssüf ki, sən bizimlə gələ bilmirsən)

§      Gerud üçün:
It is no use shouting. (Bağırmanın faydası yoxdur)

§      It is feli – sifət II that…
It’s said/believed/thought (that) you are going to London tomorrow. (Sənin sabah Londona gedəcəyin deyilir /düşünülür/ inanılır)

§      It is adj (sifət) that…
 It is vital to help the poor. (Yoxsullara kömək etmək çox önəmlidir)

§      It is not V (fel) ing…
It is not use warning him.(Ona xəbərdarlıq etməyin faydası yoxdur)
 

One qeyri-müəyyən əvəzliyinin işlədilməsi

§      One bütün insanlar üçün :

One şəxs, insan, hərkəs və s. deyə tərcümə olunur. One həmçinin məhcul növdə də işlənə bilir.
One has to show one’s passport. (Hər kəs öz pasaportunu göstərməlidir )
One should always be polite (İnsan həmişə nəzakətli olmalıdır )

§      One üçün one’s yiyəlik sifəti işlənə bilir.
One should take care of one’s health. (Hər kəs öz sağlamlığının qeydinə qalmalıdır)

§      One of +plural noun (cəmdə olan isim)
One of my fiends has called me. (Dostlarımdan biriməni çağırıb)

§      İnsan üçün işləndiyi kimi əşyalar üçün də işlədilir. Cəm forması ones olur.
 “Which one would you like?” “That black one please.” (Sən hansı birini istərdir – zəhmət olmasa, o qara olanı )
 “Which ones would you like?” “These small ones please.” (Siz hansı birisini istərdiniz – zəhmət olmasa, bu balaca olanlarıı )

§      Çox  zaman that, this və ya bir sifətlə işlədilir. [that/this/adj+one]
I want to buy a car. Please show me the black one. (Mən bir maşın almaq istəyirəm, zəhmət  olmasa, qara maşını mənə göstərin.)

§      Sayılmayan isimlər üçün işlədilməz.
Don’t drink this water. Drink that clean water. (NOT: …that clean one.)  (bu suyu içmə. O təmiz suyu iç )


Qeyd: Sıralamalardan və üstünlük dərəcəsində işlənən sözlərdən  sonra one sözünü deməyə də bilərik.
Which train did you come on? The first (one) (hansı qatara çatdınız?  Birinci qatara )
I have caught the second (one)  (Mən ikinci qatara çatdım)
They have got four children. The eldest (one) is only 10. (Onların iki uşağı vardır. ən böyüyünün yalnız 10 yaşı var)

 

   “ One” ,”own” ilə işlədilməz.
 I can’t write properly with your pen. I’d rather use my own. (Sənin qələminlə yaxşıca yaza bilmirəm.Mən daha doğrusu öz qələmimdən  istifadə edəcəyəm)
 

bottom of page