top of page

Keçmiş zamanın qeyri-muəyyən  forması  ( Simple Past )

 

Bu zaman formasının düzəldilməsi üçün vahid forma yoxdur.Bu  zamanın düzəldilməsinə  görə fellər 3 qrupa bölünür:

1.Qaydalı fellər ( reqular verbs);

2.Qaydasız fellər ( irregular verbs );

3.Qarışıq fellər ( mixed verbs ).

Qaydalı fellərin keçmiş zaman formasını düzəltmək üçün məsdərdən “ to ” ədatı atılır, felin sonuna “ ed ” suffikisi əlavə etməklə düzəlir, bütün şəxslərdə eyni qalır.

                                     I   worked                     We   worked.    -       Mən işlədim.

                                    You   worked                 You   worked.   -       Sən işlədin.

                                    He  (she)  worked       They     worked.  -      O  işlədi.

1.Qaydasız fellər – bu fellərin keçmiş zamanı və feli sifət   forması  müəyyən qaydaya  əsasən deyil, müxtəlif yollarla düzəlir:

2.Kökdəki  saiti dəyişməklə və  feli sifət  ІІ  forması  “ en” artırmaqla.

To  write  -  wrote  -  written                     to speak  -  spoke   -  spoken

3.  Kökdəki  saiti dəyişməklə və “ d ” yaxud  “ t ”   samit artırmaqla     

                          to   sell  - sold  -  sold

                          to   fell  - felt   -  felt

 4. d   samitinin   “ t ”  ilə əvəzlənməsi

                           to  spend  -  spent  -  spent

                           to  send   -   sent   -  sent

 5.Dəyişmədən hər iki formada eyni işlənən fellər.

 To cut ,cost , hit,hurt, to let,to put,to shut ,to set,to read,to spread (yayılmaq, açılmaq)

 6.Həm məsdəri, həm keçmiş qeyri – müəyyən forması və feli sifət forması müxtəlif olanlar.

                                                   to   be - was, were  -  been 

                                                   to  go  -  went  -   gone

  7.naqis  ( modal )  fellər

       can  - could  

       will  - would

       may  - might 

       shall  - should

 

ІІІ -  Qarışıq fellər  - keçmiş zaman   qeyri-müəyyən   forması qaydalı, keçmiş zaman feli sifət forması qaydasız  fellər kimi düzələn fellərə qarışıq fellər deyilir.

                                                    to  show – showed – shown

                                                    to   learn –learned – learnt

 

Qaydalı fellərə əlavə edilən “ – ed ” suffiksi   özündən əvvəl gələn səsdən asılı olaraq üç cür oxunur.

Sait və cingiltli samitlərdən sonra  [ d ]

                           played   -   [ p l e i d ]   

2.kar   samitdən  sonra  [ t ]  asked  -  [ a s k t]

3. d və  t  samitlərindən  sonra   ed  -  [   i d ]   oxunur

                   added   -  [ æ d i d ]

Keçmiş zamanın qeyri – müəyyən formasının sualı “ to  do ” köməkçi felinin keçmiş zaman forması  “ did ” ilə düzəlir.Bütün şəxslərdə   did  işlənir, bu zaman əsas  feldəki  “ ed ” düşür, fel başlanğıc formaya qayıdır.

     Did   I     ask  ?        Did     he  ( she )  ask ?        Did  they  ask .

     Did   you     ask?     Did     we       ask ?              Yes,  I  did.

     No ,  I    didn’t

 İnkar  formasını düzəldərkən  did  və  not  inkar  ədatı  mübtədadan sonra əlabə edilir.

 

                     I   didn’t   ask .                                     We     didn’t   ask.     

                     You  didn’t   ask.                                  You     didn’t   ask.

                      He ( she ) didn’t   ask.                          They   didn’t   ask                                                                                              

                                        

 

1.Ümumiyyətlə keçmişdə baş vermiş hərəkətləri  bildirmək üçün.

                                 He  went    to   the   park    yesterday

2.Keçmişdə ardıcıl olaraq baş verən,icra edilən hərəkətləri bildirmək üçün.

             He came  in ,  greeted   them   and   sat  dawn.

3.Keçmişdə baş verib icra edilən  hərəkətləri  bildirmək üçün:

     When  I  lived  in  the  village, I  washed  in  the  river.

: Keçmişdə təkrarən baş vermiş hərəkətləri adətən    used  to  +  məsdər  birləşməsi   ilə  ifadə  olunur.

   When   I  was   young     to  the  river.

 

Zaman zərfləri :  yesterday, the  day  before   yesterday, two  days  ago, ( weeks, month, years, hours ) ago, last week ( year, month, summer), once , once upon a day, the other day, in 1994, in  1920, in  XІX century, during the war, in my  youth, in my childhood, at an early ages, on Monday, on Sunday. 

 

Bu zaman forması Azərbaycan dilinə  şuhudi  keçmiş  zaman  forması  kimi tərcümə olunur  ( yəni  -dı4 )

Təkrarən baş vermiş hərəkətləri ifadə edərkən  Azərbaycan dilinə  müzarəli  keçmiş  kimi tərcümə olunur .  I went   to   the   forest  every  day. - Mən hər gün meşəyə gedərdim.

bottom of page