
İngilis Dili
by Hasan Alisoy
Negative pronouns –İnkar əvəzlikləri
İnkar əvəzlikləri aşağıdakılardır: neither(heç biri, heç kim), no(heç), none (heç nə, heç kim, heç bir), no one(heç kəs), nothing(heç nə), nobody(heç kim)
-
Neither əvəzliyi cümlədə mübtəda, tamamlıq, həmçinin təyin rolunda çıxış edir; heç biri (ikisindən) mənasında işlənir. Bu əvəzlik həm ismi, həm də sifəti əvəzlik kimi çıxış edir.
I invited Anar and Fidan but neither came. (Mən Anar və Fidanı dəvət etdim amma heç biri gəlmədi) - burada inkar əvəzliyi mübtəda funksiyasındadır
Unfortunately I saw neither.(Təssüf ki, mən heç kimi görmədim) - burada inkar əvəzliyi tamamlıq funksiyasındadır
They discussed neither problem (Onlar heç bir problemi müzakirə etmədilər)
- Rəsmi üslubda neither of + isim/əvəzlik formasından sonra təkdə işlənən fel gəlir.
Neither of my sisters is married.(Bacılarımdan heç biri evli deyil )
-
No əvəzliyi - bu əvəzlik cümlədə təyin funksiyasında işlənir və istənilən tipdə olan ismin qarşısında gələ bilər.
I have no time to listen to you now. (İndi mənim sizi dinləməyə vaxtım yoxdur)
There are no people in the corridor. (Dəhlizdə adam(lar) yoxdur)
- No əvəzliyindən sonra sayıla bilən isimlər adətən cəmdə olur. Əgər cümlədəki məna həmin isimin təkdə olmasını lazım edirsə onda həmin isim təkdə işlənir.
Müqayisə et:
He’s got no children (he’s got no child formasından daha yaxşıdır)
He’s got no wife (he’s got no wives formasından daha yaxşıdır)
- İngilis dilində bir cümlədə iki inkar olmadığı üçün tərkibində no olan cümlələrdə fel təsdiq şəklində olur.
I have no book.(Mənim kitabım yoxdur)
- No əvəzliyi işlənən isimlər artiklsız olur.
No letter has been received from him (Ondan heç bir məktub alınmayıb)
-
None - bu əvəzlik no inkar əvəzliyinin isimsiz (tək) işlənən formasıdır. Ancaq ismi əvəzlik kimi işlənir. None əvəzliyi cümlədə mübtəda, mürəkkəb xəbərin ad hissəsivə tamamlıq funksiyasında çıxış edir. None əvəzliyi həm insanlara həm də əşyalara aid ola bilər.
Have you got a pencil?(Sənin karandaşın var ?)
No, I have none. (Xeyr, Mənim karandaşım yoxdur.)
None of the girls arrived on time. (Qızlardan heç biri vaxtında gəlmədi)
-
No one, nothing, nobody mürəkkəb əvəzliklərdir və cümlədə mübtəda, tamamlıq yaxud mürəkkəb xəbərin ad hissəsi funksiyasında çıxış edir. İngilis dilində cümlədə iki inkar olmadığı üçün bu əvəzliklərlə fel təsdiqdə olur. No one, nothing, nobody mənaca təkdədirlər və özlərindən sonra gələn feli təkdə tələb edir.
No one could answer this question. (Heç kim bu suala cavab verə bilmədi –burada inkar əvəzliyi mübtəda funksiyasındadır)
I saw nothing interesting there. (Mən orada maraqlı heç bir şey görmədim - burada inkar əvəzliyi tamamlıq funksiyasındadır )
Don’t cry this is really nothing. (Ağlama, bu həqiqətən heç nədir - burada inkar əvəzliyi ismi xəbərin ad hissəsi funksiyasındadır)
Nobody is here to help me. (Burada mənə kömək etmək üçün heç kim yoxdur - burada inkar əvəzliyi mübtəda funksiyasındadır)
- nothing - bu əvəzlik iki sözdən ibarətdir( no +thing). Həmişə cansız valıqlara aid işlənir.
Nothing was interesting (Heç nə maraqlı deyildi)
- nobody - həmişə ismi əvəzlik kimi işlənir və şəxsə aid olur.
Nobody blames you (Heç kim səni günahlandırmır)
- no one – bu əvəzlik həmişə şəxsə aid olur və ismi əvəzlik kimi çıxış edir.
I have no one in the world but you. (Mənim səndən başqa heç kimim yoxdur.)
- nobody, no one əvəzliklərindən sonra of sözönü işlədilmir.
Of sözönü none əvəzliyindən sonra us, you, them əvəzlikləri və ya isim ilə işlədilir.
None of them were(was) there. (Onlardan heç biri orada yox idi)
None of the shops were (was) open. (Mağazalardan heç biri açıq deyildi)