top of page

                                                        The  Noun  (İsim)

İsim canlı və cansız əşyaların adını bildirir.İsim sadə,düzəltmə və mürəkkəb olur.                                                      

Sadə isim(simple noun) bir kökdən  ibarət  olur. Ex: a book,a pen...

Düzəltmə isimlər (the derivative nouns) kök və şəkilçidən ibarət olur.

İsim düzəldən şəkilçilər bunlardır.

-er,or  feldən isim düzəldir: teacher,worker,writer...

-ness  sifətdən isim  düzəldir: happiness,kindness,darkness...

-ment  feldən isim düzəldir – development,department...

-hood  childhood,brotherhood,neighbourhood...

-ism  heroism,communism,Lenenism...

-ship  leadership,fellowship,friendship...

-dom  freedom,kingdom...

-tion,ssion,sion  distation,profession,reviesion...

-ence,ance  attendance,performance,dependence...

-ing meeting,weeding,carving...

-ity  popularity,celebirity...

-age  village,cottage,paskage...

-th  strentgth,width,length,depth...

-ist  typist,dentist...

Mürəkkəb isimlər ( Compound nouns) iki və daha çox  sözdən ibarətdir.

Ex :  flowerbed,railway,sunset.

İsimlər iki qurupa bölünür:Ümümi  isimlər (Common Nouns) ,xüsüsi isimlər (proper  nouns).

Common   nouns.

Eyni qəbildən olan əşyaların adını bildirən isimlərə  ümumi isimlər deyilir.Ex:  a city, a

country , a lake, peace, weather...

 

Ümumi isimlər özləri də 2 qrupa bölünür :

I.Konkret isimlər (concrete nouns)

II.Mücərrəd isimlər (abstract nouns).

 

  • Konkret isimlər–konkret əşyaların  adını  bildirən isimlərdir: a pen, bread , a city;

 

Konkret isimlər özləri də iki qrupa  bölünür :

  • Sayılan isimlər (countable nouns )

  • Sayılmayan isimlər (uncountable  nouns)  

 

Sayılan isimlər – tək və cəm olur.

Saya bildiyimiz bütün isimlər sayılandır,cəmlənir,tək halda mütləq  “a” , ”an” qeyri-müəyyənlik artiklı ilə işlənməlidir.Çox mənasında “many” ilə, az mənasında “few” ilə işlənir və many – dən, few-dan sonra gələn sayılan isim  cəm gəlir,feli də cəm olur.

Ex: Many books are on the table.Few pens and so on

  • Sayıla bilməyən isim heç vaxt cəmlənmir,özündən sonra fel təkdə gəlir,heç vaxt “an ,a” qeyri-müəyyənlik artiklı ilə işlənmir.Çox mənasında  much, az mənasında  little  ilə işlənir, qarşısında  rəqəm  işlənmir.

Ex :much  milk , little butter.

bütün maddi isimlər:

ərzaq adları,maye adları : (su, yağ, neft, benzin)

material adları (silk-ipək, cotton-pambıq, wool-yun, wood-taxta, paper-kağız,

glass-şüşə, marble-mərmər).

metal adları (iron-dəmir, silver-gümüş, gold-qızıl, bronze-bürünc) sayılmayan isimlərdir.

Mücərrəd isimlər-adətən gözlə görünməyən, əl ilə toxunulmayan isimlərdir.

Bunlar: hərəkət ,vəziyyət və keyfiyyət adları bildirir,sayılmır,cəmlənmir  “a” , ”an” qeyri-müəyyənlik artikilı ilə işlənmir,özündən sonra fel təkdə olur: (yalnız a good knowledge, a single cloud, a terrible storm, a long distance, a long period, a thick  population, a long  silence, a good salary, a bad empression, a hard life - qarşılarında sifət gələrsə  artikilla işlənirlər).

A  lot  of  həm sayılan, həm sayılmayan, həm də mücərrəd isimlə işlənə bilirlər, a lot of  həm many, həm də much ilə sinonimdir.

A lot of-dan sonra gələn sayılan isim, felidə cəm gəlir, sayılmayan və ya mücərrəd isim tək,felidə tək gəlir. a lot of ancaq təsdiq cümlədə, many, much sualda və inkarda işlənə bilir. a lot of  heç vaxt sualda inkarda işlənmir, many, much a lot of olmasa təsdiqdə işlənə bilir, a lot of  “a lot” kimi zərfdir, bu zaman feldən sonra gəlir və zərf olur.Hər ikisi çox tərcümə olunur.      

Ex: He reads much. He reads a lot.-hər ikisi zərfdir.

much  isimdən  əvvəl  işlənəndə  əvəzlikdir: much  bread - çox çörək.

Bundan başqa ingilis dilində kollektiv isimlərlər də var ki,onlar bir deyil bir ad  altında        bir neçə  nəfər  olduğunu  bildirir. 

Ex: family, crowd (izdiham) company, crew (ekipaj, heyət).Onlar sayılan isimlərdir, tək  və  cəm  olurlar. Bu isimlər cəm olsa fel də cəm gəlir. Ancaq  family  sözündən  sonra fel tək də ola bilər, cəm də. Əgər  ailə  bütövlükdə götürülərsə   fel                                                                                                                                                                                                                                                                                                                          təkdə olur, ailənin üzvüləri  ayrı-ayrılıqda götürülərsə fel cəm olur. (hər iki halda  family heç bir cəmlik qəbul etmir)

My family is large.my family are early risers. Mənin  ailəm(yəni ailə üzvülərim erkən qalxandır).

İngilis dilində mövcud olan police, cattle, poultry sözləri topluluq bildirən isimlər adlanır. Bu  isimlər cəm şəkilçisi qəbul etmir, lakin həmişə cəmlik bildirir, özlərindən sonra  fel cəmdə gəlir.Cəmlik bu isimlərin mənasındadır.

              The  police   were    there.

              The  cattle    were    grazing  in the  meadow  of  layer                                                

Topluluq  bildirən “people” ismi də həmişə cəmdədir, özündən sonra fel də cəm gəlir.Xalq mənasında tək olur, “s” qəbul edə bilir.

Cəm olarkən  topluluq bildirib,amma təkdə olan isimlər money, youth, linen bir qayda olaraq həmişə tək  formada  işlədilir və özündən sonra gələn feli də təkdə tələb edir.Çox mənasında “much” ilə, az mənasın da little ilə işlənir, sayılmır:  Money  makes  money.

                                                      

Proper  nouns (xüsusi isimlər)

Eyni qəbildən olan adları bir-birindən fərqləndirmək  üçün onlara verilən  adlara xüsüsi isimlər deyilir.Xüsüsi isimlərə insan adları, coğrafi  adlar, gəmi, mehmanxana,  meydan, klub, teatr, jurnal adları , Az-dilindən fərqli olaraq   ayların və həftənin günlərinin   adları  xüsüsi  isimlərdir.

 

Plural  nouns (Cəm isimlər)

İsimlərin cəm forması –S,-es şəkilçisi vastəsiilə düzəldilir. “-s,-es” Az  dilində  -lar2 şəkilçisinə  uyğun gəlir. a  boy-boys, a  girl- girls, a pen-pens. Sonu   s, ss ,sh,ch,tch,x  hərifləri ilə bitən isimlərin cəmi  -es  vasitəsilə  düzəldilir.

Ex:   a box-boxes , bench-benches, a  bus – buses.

İngilis dilində 7 isim var ki,onların cəm  forması   arxaik   üsulla ,yəni kökdəki saitin dəyişməsi ilə düzəlir.

                 a  man-men

                 a  woman-women  [  w i m i n ]  

                 a  foot  - feet

                 a   tooth  -  teeth

                 a  goose  - geese

                 a  mause – mice

                 a   louse – lice

Bir isimin cəmi  isə həm kökdəki saitin tələffüzünün dəyişməsi və həm də -en şəkilçisi vastəsiilə düzəldilir:a   child - children

Tərkibində man və ya  woman  sözü  olan  mürəkkəb  isimlərin cəmini düzəldərək man-men, woman – women  sözünə  çevrilir.

Ex:  postman-postmen,  woman-writer, women , writer.

Tərkibində  man  morfemi olan  German, Roman, Norman kimi  sözlərin cəmi onların sonuna adi qayda ilə  “-s” artırmaqla  düzəlir.

Ex: German –Germans,Roman  -Romans.

Əgər isimin sonu  f ,və ya fe ilə  bitərsə  həmin  isimlərin    cəm formasını düzəldərkən   f, fe –v  çevrilir və sonra –es şəkilçisi əlavə edilir, es (z) oxunur.

Wife –wives   [ w  a  i  v  z ]

f,  ff ilə qutaran bir qisim isimlər vardır ki,onların cəm formasını  düzəldərkən isimin sonuna  sadəcə    olaraq  “ – s “  şəkilçisi artılılır , f  və  ff  dəyişmir.

a  roof-roofs       -      ( dam)

a  chief  - chiefs - ( rəis,başçı)

cliff   -   cliffes    -  ( qaya)

a  handkerchief – handkerchifs  -(əl dəsmalı)

Bu  isimlər  isə  iki  formaya malikdir:

Hoof  - hoofs  -  hooves -  ( mal  dırnağı)

scarf   -  scarfs  -  scarves  -  ( şərf ) 

 

İsim   “ O ” hərfi  ilə qutararsa    həmin  ismin  cəm  formasını düzəltmək üçün onun sonuna “ -es ” şəkilçisi artırılır.

                                                          potato   -  potatoes

                                                          hero      -  heroes

                                                          negro    -   negroes

QEYD:  aşağıdakı   isimlərin  cəmi adi qayda ilə  düzəlir, ismin sonuna yalnız  “s” əlavə edilir,

  radio  -   radios

   piano  -  pianos

  solo     -   solos

 zero      -  zeros

     photo  -   photos

   zoo      -    zoos

  video  -  videos

İsimin sonu   “  y  ”  hərfi  ilə  qutararsa  və    “  y  ”  hərfindən  əvvəl  samit  gələrsə nəmin  ismin cəm  formasını  düzəldərkən   “ y ”  hərfi  “ i  ”  ilə  əvəz edilir.

 

                                                            city          -     cities

                                                            family     -     families

                                                            factory    -     factories

                                                            vectory    -    victories 

   “ y”     hərfindən əvvəl  sait gələrsə  “ y”  hərfi  dəyişmir,və cəm forması  yalniz   “ s ” əlavə etməklə   düzəlir.

                                                            a    day     -   days

                                                            a    boy    -    boys

                                                            a    toy     -    toys 

bottom of page