
İngilis Dili
by Hasan Alisoy
Interrogative pronouns - Sual əvəzlikləri
Who(whom), whose, which, what sual əvəzlikləridir və bunlardan sual cümlələrində istifadə olunur. Bu əvəzliklər bir qayda olaraq cümlənin başlanğıcında gəlir.
Who has drawn this picture? (Bu şəkli kim çəkib)
What did you see in the picture? (Şəkildə sən nə görürsən?)
Which child is the eldest? (Hansı uşaq ən yaşlıdır?)
- Sual əvəzlikləri cümlədə mübtəda, tamamlıq və mürəkkəb xəbərin ad hissəsi kimi çıxış edə bilər.
What do you want? (Siz nə istəyirsiniz?)
Who(m) did you speak to? və ya (Siz kiminlə danışdınız?)
To whom did you speak?
What is he? (O nəçidir?)
- Sual əvəzlikləri həmçinin təyin rolunda çıxış edən sifətləri əvəz edir:
What colour is this flower? (Bu gül nə rəngdədir?)
Whose poems do you like best? (Ən çox kimin şeirlərini xoşlayırsınız?)
- Who, whose, which, what mübtəda rolunda olarkən fel adətən sual yox, təsdiq formada olur.
Who paid the bill? (Hesabı kim ödədi –fel təsdiq formadadır)
Whose/which horse won? (Kimin atı qalib gəldi? – fel təsdiq formadadır)
What happened? (Nə baş verib? fel təsdiq formadadır)
Amma who, whose, what, which + be (am, are, is, was, were) + isim və ya şəxs/işarə əvəzliyi birləşməsində isə fel sual formasında olur.
Who are you? (Sən kimsən?)
Whose is this? (Bu kimindir?)
What is that noise? (O səs-küy nədir?)
Who (kim) sual əvəzliyi. Bu əvəzlik həmişə əvəzlik kimi işlənir və canlı varlıqlara aid olur. Who əvəzliyinin 3 halı var: adlıq hal (nominative case) – who; obyekt hal (objective case) –who(m); yiyəlik hal (possessive case) –whose. Müasir ingilis dilində whom yerinə əsasən who istifadə olunur.
Who do you see in the yard? (Sən həyətdə kimi görürsən? )
- Who (whom, whose) əvəzliyi şəxslərə, what isə əşyalara aiddir:
Who spoke at the meeting? (İclasda kim danışdı?)
What has she in her hands? (Onun əlində nə vardır?)
- Who mübtədanın sualı olduqda xəbər III şəxsin təkində olur.
Who teaches you English? (Səni ingilis dilində kim öyrədir?)
Who knows this question? (Bu sualı kim bilir?)
- Who əvəzlinyinə aid olan sözönü çox zaman feldən sonra gəlir. Bu zaman whom əvəzinə who işlənir.
To whom are you speaking? Who are you speaking to? (Sən kiminlə danışırsan?)
For whom are you waiting? Who are you waiting for? (Sən kimi gözləyirsən?)
Whose (kimin) sual əvəzliyi. Bu əvəzlik mənsubiyyət, sahiblik bildirir. Həmişə sifəti əvəzlik kimi işlənir və aid olduğu ismin qarşısında durur. Bu vaxt ismin qarşısında heç bir artikl işlənmir.
Whose book is this? (Bu kitab kimindir?)
What (nə) sual əvəzliyi. Bu əvəzlik adətən cansız varlıqlar üçün işlədilir.
What is this? (Bu nədir?)
What do you see in the room? (Sən otaqda nə görürsən?)
- Lakin insanların sənətini, peşəsini, vəzifəsini soruşarkən what əvəzliyi şəxsə də aid işlənir.
What is your father? (Atan nəçidir?)
He is a lawer. (O hüquqşunasdır.)
What is your son? (Sənin oğlun nəçidir?)
He is an artist. (O rəssamdır)
What do you do ? (Sən nəçisən?)
I’m a teacher. (Mən müəlliməm)
Qeyd: What-dan sonra ismin qarşısında artikl qoyulmur.
- what + be …like? birləşməsi təsvir və ya şəhr üçün bir xahiş formasıdır.
What was the exam like? – It was very difficult. (İmtahan necə idi? – Çox çətin idi.)
What was the weather like? – It was very windy. (Hava necə idi? – Çox küləkli idi.)
What is the food like in your hostel? – It’s quite good. (Yataqxananızda yemək necədir? – Tamamilə yaxşıdır.)
Bu birləşmə insanlarla işləndikdə onların görünüşünü və ya xüsusiyyətini bildirir.
What is he like? – He’s short and fat and wears glasses or he is very talkative, friendly man. (O necədir? – O qısa və kökdür. O eynək taxır və ya O çox danışamdır, səmimi insandır. )
Amma what does he/she/it look like? birləşməsi isə yalnız görünüşlə bağlıdır və what does he/she/it resemble? mənasını verir.
What does she look like? – She’s tall and glamorous. She looks like a film star. (O necədir? – O hündür və cazibədardır. O kino ulduzuna oxşayır. )
- What is he? sual cümləsi what is his profession? (Onun sənəti nədir?) mənasını verir.
- Sifət funksiyasında şəxslərlə işlədilən what əvəzliyinin işlədilməsinə az rast gəlinir.
What students are talking about? Sual cümləsi mümkündür amma which student? forması daha yaxşıdır.
Which əvəzliyindən hər hansı seçim etmək lazım gəldikdə istifadə olunur. Bu əvəzlik həm canlılara həm də cansızlara aid olur. Özündən sonra həm sayıla bilən tək, həm də sayıla bilməyən cəm isim gələ bilər.
Which of you will go with me? (Sizlərdən hansınız mənimlə gedəcəksiniz?)
Which of the two bags do you prefer? (İki çantadan hansına üstünlük verirsən?)
- Which ismi əvəzlik kimi of sözönü ilə işlədilir.
Which of you can translate this article? (Sizin hansınız bu məqaləni tərcümə edə bilərsiniz?)