
İngilis Dili
by Hasan Alisoy
Indefinite pronouns – Qeyri-müəyyən əvəzliklər
Qeyri-müəyyən əvəzliklər bunlardır: some, any, (və onların törəmələri), much, many, little, few one
-
Some - bir neçə, bir az, bəzi, bir qədər deməkdir. Əsasən təsdiq cümlələrdə işlədilir. Some sayıla -bilən cəm isimlər və sayıla bilməyən isimlərlə işlənir.
There is some honey in the jar.(Bardaqda bir qədər bal vardır)
She added some salt into the soup. (O, şorbaya bir qədər duz əlavə etdi)
She has got some bags at home. (Onun evdə bir neçə çantası vardır)
- some sayıla bilən cəm və sayıla bilməyən isim əvəzinə də işlənə bilər.
She wants some new magazines. I have sent her some.(O, bir neçə təzə jurnal istəyir. Mənon ona bir neçəsini göndərmişəm)
She wants to have coffee. Give her some. (O, kofe içmək istəyir. Ona bir qədər (kofe) verin. )
- some bəzi mənasında inkar cümlələrdə də işlənə bilər:
Some children don’t like milk.(Bəzi uşaqlar süd xoşlamırlar)
- some cavabı bəlli olan (yes sualına cavab verən) və ya təklif, xahiş bildirən sual cümlələrində də işlənə bilər.
Can I have some coffee? (Bir qədər kofe içə bilərəmmi?)
Yes, help yourself. (Bəli qonaq olun)
- some saylardan əvvəl işlənərək təxminən mənasını verir.
There were some seventy students in the hall. (Zalda təxminən 70 tələbə var idi)
- some sayıla bilən tək isimlərlə də işlənə bilər. Bu zaman hər hansı, istənilən mənasında olur.
Give me some book to read. (Mənə oxumağa hər hansı kitab verin)
lakin
Give me some books (Mənə bir neçə kitab verin)
- some qeyri-müəyyən əvəzliyindən əmələ gələn mürəkkəb əvəzliklər: somebody, someone (kimsə, bir kəs); something (ne isə, bir şey). Bu əvəzliklərlə fel təkdə işlənir.
There is somebody at the door. (Qapıda kimsə var)
Someone wants to speak to you.(Kimsə sizinlə danışmaq istəyir)
Somebody knows his e-mail address. (Kimsə onun electron ünvanını bilir.)
Someone’s passport has been stolen. (Kiminsə pasportu oğurlanıb)
-
Any - bir neçə, bir az, hər hansı, heç deməkdir. Əsasən sual, inkar, şərt budaq cümlələrdində və şübhə bildirən ifadələrdə işlənir. Any sayıla bilən cəm isimlər və sayıla bilməyən isimlərlə işlənir və eyni zamanda bu isimləri əvəz edə bilir ( əgər əşyanın adı əvvəlcədən çəkilibsə).
I haven’t got any books and Tom hasn’t either. (Mənim heç bir kitabım yoxdur və Tomun da həmçinin)
There isn’t any tea in the cup. (Fincanda heç çay yoxdur.)
- hardly, scarcely, barely kimi sözlərin özləri inkar məna kəsb etdiyinə görə onlarla any və ya onun törəmələri işlənir.
There were hardly any people in the yard. (Həyətdə demək olar ki, adam yox idi)
- any əvəzliyi təsdiq cümlələrdə hər hansı, istənilən mənasında işlənir:
You may come at any time. (Sən istənilən vaxt gələ bilərdən)
Any pupil can understand this. It’s easy. (İstənilən şagird bunu başa düşə bilər. Asandır)
-
Something (nə isə) və somebody, someone (kimsə) əvəzlikləri də cümlədə mübtəda və tamamlıq olur.
She told me something interesting.(O mənə (nə isə) maraqlı bir şey söylədi )
There is something on the shelf bu I don’t know what it is. (Rəfdə nə isə var, amma mən bilmirəm o nədir.)
Somebody was here before us.(Burada bizdən əvvəl kimsə olub )
I met someone I know in the shop.(Mən mağazada tanıdığım bir kəslə rastlaşdım)
-
Anything və anybody, anyone əvəzlikləri də cümlədə mübtəda və tamamlıq ola bilər.
Did he send anything for me? (O mənim üçün nə isə göndərdimi?)
Is anybody here? (Burada kimsə var?)
I don’t know anything about her. (Mən onun haqqında heç bir şey bilmirəm)
Anybody can do it. (Hər kəs (istənilən adam) bunu edə bilər)
- somebody, someone, anybody, anyone əvəzliklərinin yiyəlik hal forması var və onlar whose sualına cavab verir.
Somebody’s umbrella is left here. (Kiminsə çətiri burada qalıb)
It’s someone’s computer. (Bu, kiminsə kompyuteridir)
- Something, anything, nothing əvəzlikləri ilə it əvəzliyi işlədilir.
Something went wrong, didn’t it?
Qeydlər:
- Somebody/someone/something/anybody/anyone/anything/everybody/everyone/everything/no one/ nobody/nothing əvəzlikləri və somewhere/anywhere/everywhere/nowhere zərflərindən sonra else sözü işlənə bilər.
Somebody else/someone else = some other person
Anyone else/anybody else = any other person
No one else/ nobody else = no other person
Everyone else/ everybody else = some other thing.
I am afraid I can’t help you. You’ll have to aske someone
- Anybody, anyone, anything mübtəda funksiyasında imkar cümlədə işlənə bilmir.
Anybody doesn’t know him – olmaz!
- Any, anybody, anyone, anything şərt budaq cümlələrində də işlənir.
If you see any new dictionary buy it for me (hər hansı yeni lüğət görsən, mənə al.)
- Saylardan əvvəl some əvəzliyi təxminən, təqribən, qədər sözləri vasitəsilə tərcümə edilir.
I read it for some fifty minutes (Bunu təxminən əlli dəqiqə oxudum)
Much, many, (a) little, (a) few
Much, many, (a) little, (a) few - əvəzlikləri də qeyri-müəyyən əvəzliklər qrupuna daxildir. Onlar mənaya görə isimləri və sayları əvəz edir və cümlədə mübtəda, tamamlıq, mürəkkəb xəbərin ad hissəsi, yaxud təyin rolunda olur.
Much was said about it. (Bu haqda çox deyildi)
Many spoke at the meeting.(İclasda çoxu danışdı)
Speak little, do much. (Az danış, çox iş gör.)
- much və little əvəzlikləri sayılmayan isimləri, many və few əvəzlikləri isə sayılan isimləri əvəz edir və təyin edirlər:
Much work, little time, many visitors, few passengers.
a little (bir qədər), a few (bir neçə) deməkdir.
You can eat a little meat now.(İndi bir az ət yeyə bilərsiniz)
I am happy as I have a few friends here. (Mən xoşbəxtəm ki, burada bir neçə dostum var)
- little və few az kimi tərcümə olunur.
They invited all the guests to the meeting, but few came. (Onlar iclasa bütün tələbələri dəvət etdilər, lakin az adam gəldi.)
I have little money. I can’t lend you any. (Mənim az pulum var. Sizə borc verə bilmərəm)
Qeyd:
- One əvəzliyi qeyri-müəyyən əvəzliklər arasında seçilir. O yalnız isim kimi (mübtəda, tamamlıq), yaxud mürəkkəb xəbərin ad hissəsi kimi işlənir və heç zaman sifəti əvəz etmir.
I don’t like this coat, the one I wore last year was much better. (Bu palto mənim xoşuma gəlmir, ötən il geyin diyim daha yaxşı idi)
- One əvəzliyi ismə xas olan morfoloji xüsusiyyətlərə malikdir. Belə ki, onun cəm forması, yiyəlik hal forması var və o, artikillə işlənə bilər.
Why didn’t you buy these flowers? (Siz nə üçün bu gülləri almadınız?)
I want some better ones. (Mən daha yaxşı(ları)nı istəyirəm)
Swimming is very good for one’s health. (Üzmək hər kəsin sağlamlığı üçün çox faydalıdır)
- one əvəzliyinin qarşısında təyin (sifət) yaxud işarə əvəzliyi işlənə bilər.
the new one, this one, that one.
- ümumi məna daşıyan qeyri-müəyyən şəxsli cümlələrdə one əvəzliyi mübtəda rolunda olur.
One must try to do one’s best.(Hər bir kəs əlindən gələni etməyə çalışmalıdır)
- one əvəzliyi self sözü ilə birləşdikdə şəxsiz (oneself) qayıdış əvəzliyini əmələ gətirir və bu halda müvafiq olaraq digər qayıdış əvəzliklər kimi işlənir:
It is better for one to do the work oneself than to have it done by someone. (Yaxşı olar ki, hər kəs öz işini özü görsün, nəinki bunu başqası etsin.)
- these və those əvəzlikləri ilə ones işlədilmir.
These places are more interesting than those. (Bu yerlər o yerlərdən daha maraqlıdır)