top of page

Demonstrative pronouns - Işarə əvəzlikləri

 

İşarə əvəzlikləri bunlardır: this (these), that (those), the same, such, it

 

This (bu) və that (o) işarə əvəzliklərinin cəm formaları bunlardır: these, those

Cümlədə onlar mübtəda, tamamlıq və təyin funksiyasında işlənə bilirlər.

This is the ship. (Bu gəmidir)

These lines are straight. (Bu xəttlər düzdür)

 

- This (these) işarə əvəzliyindən məkan və zamanca yaxın olan əşyanı, şəxsi və hadisəni bildirmək üçün istifadə olunur.

 

- That (those) işarə əvəzliyindən məkan və zamanca daha uzaq olan əşyanı, şəxsi və hadisəni bildirmək üçün istifadə olunur.

 

This is a pencil and that is a blackboard. (Bu qələmdir və o lövhədir)

Qeyd: this/that  işarə əvəzlikləri işlənən ismin qarşısında artikl olmur.

 

- Əvvəl haqqında danışılan ismi təkrar etməmək üçün  həmin ismin əvəzinə this (these) deyil that (those) işarə əvəzliyindən istifadə olunur.

 

Compare these pictures with those in the book (Bu şəkilləri kitabdakı şəkillərlə müqayisə et)

 

Such (elə, belə) işarə əvəzliyinin tək və cəm forması eynidir və o, cümlədə əsasən təyin funksiyasında çıxış edir.

Where did you buy such a nice shirt? (Belə gözəl köynəyi haradan aldın?)

I don’t like such weather.                      (Mən belə havanı xoşlamıram)

 

Qeyd: such əvəzliyindən sonra sayılabilən tək isim gəldikdə qeyri-müəyyən artikl işlənir.

He was such a clever boy (O elə ağıllı oğlan idi.)

The same işarə əvəzliyi Azərbaycan dilinə həmin yaxud eyni kimi tərcümə edilir. Bu əvəzlik müəyyənlik artiklı ilə işlədilir (the same)

the same door (eyni qapı)

Çox zaman it əvəzliyi də işarə əvəzliyi kimi işlənir.

What is this? (Bu nədir?)

It is a book. (Bu kitabdır.)

Who is this?(Bu kimdir?)

It is Sabir.   (Bu Sabirdir)

 

İngilis dilində eyni zamanda the former və the latter sözləri də işarə əvəzliyi kimi işlənirThe orchestra played two Beethoven Symphonies, the Third and theFifth; (Orkestra iki Bethoven simfoniyasını çaldı. Üçüncü və beşinci)The former was played magnificently, the latter was not so well done. (Əvvəlinci çox gözəl çalındı, sonuncu isə çox da yaxşı çalınmadı)

bottom of page