
İngilis Dili
by Hasan Alisoy
Defining pronouns –Təyini əvəliklər
Either, each, every, everything, everybody, everyone, all, both, other, another təyini əvəzliklərdir.
-
Either iki şəxsdən yaxud əşyadan biri “hər hansı bir” yaxud “istənlən” (biri) mənasında işlənir. Cümlədə ismi əvəz etdikdə mübtəda və tamamlıq, sifəti əvəz etdikdə - təyin rolunda çıxış edir.
Here are two stories. You can read either of them (Budur iki hekayə. Siz onlardan istənilən/hər hansı birini oxuya bilərsiniz)
Either friend is pleasant to see (Hər bir dostumu görmək xoşdur)
-
Each (hər, hər biri) təyini əvəzliyi qrup halında olan şəxs və əşyanın hər bir üzvünü ayrı-ayrılıqda bildirmək üçün işlədilir. Özündən sonra sayıla bilən tək isim gəlir.
Each was given a present (Hər bir kəsə hədiyyə verildi)
Each child was given a present (Hər bir uşağa hədiyyə verildi)
- Each həm ismi, həm də sifəti əvəzlik kimi işlənir. İsmi əvəzlik kimi mübtəda, tamamlıq, sifəti əvəzlik kimi isə təyin olur. Each mübtəda olduqda fel təkdə olur.
They were five, each was strong and brave. (Onlar beş nərfərdilər, hər biri güclü və cəsur idilər.)
Each sentence is important here (Burada hər bir cümlə mühümdür.)
- Every əvəzliyi ilə müqayisədə each daha fərqli məna daşıyır.
Each pupil was asked to name his favourite writer (Hər bir (istənilən) şagirddən öz sevimli yazıçısının adını çəkmək xahiş olundu)
We shall ask each boy separately (biz hər bir oğlandan ayrılıqda soruşacağıq)
- Each ilə işlənən ismin qarşısında artikl olmur.
-
Every (hər, hər bir) əvəzliyi daha ümumi mənada işlənir və all mənasına daha yaxındır. Every əvəzliyi sayıla bilən tək isimlərin qarşısında gəlir və cümlədə yalnız təyin kimi işlənir.
Every student must attend the meeting (Hər tələbə (bütün tələbələr) iclasa getməlidir)
- Every ilə işlənən ismin qarşısında artikl olmur.
-
Everybody, everyone, əvəzlikləri isim kimi cümlədə mübtəda və tamamlıq olur və bir-birni əvəz edə bilir.
Everybody must come at once ( Hamı dərhal gəlməlidir)
I spoke to everyone there (Mən orada hamı ilə (hər kəslə) danışdım)
Is everything ready? (Hər şey hazırdır?)
- Bu əvəzliklər əvvəlcədən xatırladılmış qrupun ayrı-ayrı üzvlərinə aid işlənir. İki hal forması var:
1. ümumi hal
2. yiyəlik hal
İsmi əvəzlik kimi ümumi halda ya mübtəda ya da tamamlıq kimi işlənir. Bu əvəzlik mübtəda olduqda fel təkdə olur. Hər kəs, hamı kimi tərcümə olunur.
Everybody was glad to see you (Hər kəs səni görməyə şad idi)
Yiyəlik halda təyin olur.
Everybody’s hair was cut when the boys went to the camp. (Oğlanlar düşərgəyə gedəndə hər birinin saçı vuruldu)
-
Everything təyini əvəzliyi əşyalara, mücərrəd məfhumlara, heyvanlara aid işlənir. Tərcüməsi hər (bir) şey deməkdir.
Everything is clear (Hər şey təmizdir.)
-
Other (başqa, digəri) əvəzliyi cümlədə həm isim kimi mübtəda, həm də sifət kimi təyin rolunda olur.
Other əvəzliyi iki formada ola bilər:
-
Cəmdə:
Some left the room, others remained (Bəziləri otağı tərk etdi, digərləri qaldı.)
-
yiyəlik halında:
Irena and Ann went with me. Irena walked behind. I held the other’s hand. (Irena və Anna mənimlə getdi. İrena arxada gəlirdi. Mən o birinin əlindən tutdum.)
-
Others əvəzliyindən sonra isim işlədilə bilməz. others books demək səhvdir.
- Bu əvəzliklər müəyyən artikli olan the ilə işlənə bilər.
The other book
The other books
The others
- The other-dən sonra sayıla bilən, tək və ya cəm isim işlədilə bilər, bundan başqa, bu əvəzlikdən sonra isim gəlməyə də bilər.
Will you show me the other (hat)? (Digər şlyapanı/digərini mənə göstərəcəksən?)
-
Another əvəzliyi qeyri-müəyyən an artikli və other əvəzliyinin birləşməsindən əmələ gəlib və bu səbəbdən yalnız təkdə olan sayılan ismi əvəz və təyin edir. Aşağıdakı cümlələri müqayisə edin:
One lesson ended, another began (Bir dərs bitdi, başqası (digəri) başlandı)
The teacher approached another pupil. (Müəllim başqa bir şagirdə yaxınlaşdı)
Another əvəzliyi iki mənada işlənir:
-
başqası, “digərindən fərqlisi”:
This text is too easy, give us another (Bu mətn çox asandır, bizə başqa birisini verin.)
-
daha bir, əlavə:
Will you have another cup of tea? (Daha bri fincan çay içərsinizmi?)
- İsim cəmdə olarkən other əvəzliyi işlənir.
Another pen – other pens
-
All (hamısı, hamı, hər şey, bütün) təyini əvəzliyi ümumləşdirici məna daşıyır. Ya isimlərin əvəzinə, ya da onların təyini kimi işlənir. Yəni, all əvəzliyi cümlədə isim kimi mübtəda, tamamlıq, yaxud sifət kimi təyin rolunda işlənir:
All were present at the meeting (Hamı iclasda iştirak edirdi)
I want to know all about her (Mən onun haqqıda hər şeyi bilmək istəyirəm)
All students have to take exams. (Bütün tələbələr imtahan verməlidir)
- All mübtəda olduqda canlı varlıqları bildirdikdə (hamı) fel cəmdə, cansız varlıqları bildirdikdə (hər şey) isə fel təkdə olur.
All are ready to go to the village. (Hamı kəndə getməyə hazırdır)
All that glitters is not gold (Parlayan hər şey qızıl deyil)
- All (bütün) təyin olduqda isə özündən sonra həm sayıla bilən, həm də sayıla bilməyən isim gələ bilər. Təyin etdiyi ismin qarşısında başqa təyinedici də dura bilər.
All students were in the yard (Bütün tələbələr həyətdə idi)
All money was spent (Bütün pul xərclənmişdi)
All the/my/these students were in the yard.
- All bəzən “hamısı” mənasında şəxs əvəzliyinin əlavəsi olur.
We all know this question. (Bizim hamımız bu sualı bilirik.)
- Təkdə olan sayılan isimlərin qarşısında all əvəzlinə the whole işlənir.
We worked the whole day yesterday (Biz dünən bütün günü işlədik)
-
Both (hər ikisi) iki şəxsi, əşyanı və ya fikri bildirmək üçün işlədilir.
Which of these two films did you see? I saw both. (Bu iki filmdən hansına baxmısınız? Mən hər ikisinə baxmışam.)
Both girls came to the party (Hər iki qız yığıncağa gəldi.)
- Mübtəda olduqda fel cəmdə olur.
Both my friends are in America (Dostlarımın hər ikisi Amerikadadır)
- Both təyin etdiyi ismin qarşısında başqa təyin də ola bilir.
Both the /any/these/ students are in the yard (Tələbələrin hər ikisi həyətdədir.)
- Which/ some/ any/all/both/each/either/none/neither/ + of + the (these, those, my, Tom’s) + sayıla bilən cəm isim birləşməsi
Each of the students has a pen.
All of the pupils are diligent.
- Some/any/all/none + of + the (these, those, my, Tom’s) + sayıla bilməyən tək isim birləşməsi
All of the money is mine
Başqa əvəzliklərdən sonra of sözönü işlədilmir.
- All, most, some, any, no əvəzliklərinin isimlərlə işlənmə forması:
Most/some/any … + isim most of/some of/ any of/ … + the/this/my…
- All və whole
Whole – çox vaxt tək isimlərlə işlənir və bütün kimi tərcümə olunur.
We spent the whole summer (all the summer) at my uncle’s (Biz bütün yayı əmimgildə keçirdik)
Bu iki əvəzlik the/my/his …və s. işlənə bilir.
David devoted his whole life to science. (David bütün həyatını elmə həsr edib.)
Whole adətən sayılmayan isimlərlə işlənmir.
Ted has lent all the money (the whole money -olmaz) – (Ted bütün pulunu borc verdi)
Whole və all sözləri morning day, night və digər zaman bildirən isimlərlə işlənə bilir.
I was with fear all day (the whole day)
- All day, all week – (all the day, all the week – demək olmaz)