
İngilis Dili
by Hasan Alisoy
Davamedici zaman formaları
Bu zaman formalarının hamısı davametməkdə olan hərəkətləri ifadə edir.
Bir qisim fellər hərəkət bildimədikləri üçün davamedici zamanda işlənmirlər.Bunlar: to be, to become və aşağıdakılar
1. Zehni fəaliyyət bildirənlər : to like, to see, to know, to notice, to hear, to wont, to wish , to dream, to think, to understand, to realize, to remember, and so on.
2. Hissi qavrayış bildirənlər: to hate, to love
3. Mücərrəd əlaqə bildirənlər : to belong to - məxsus olmaq, to depend on – asılı olmaq.
to think - fikirləşmək mənasında davamedici formada işlənir. məncə, səncə - mənasında davamedici zamanda işlənmir.
I am thinking of you. - Sizin haqqınızda fikirləşirəm.
I think you are right - Məncə siz haqlısınız.
The Present Continuous Tense Form. İndiki davamedici zaman forması
Bu zaman forması“ to be” felinin indiki zaman qeyri – müəyyən səxs formaları ( am,is, are)vəəsas felin indiki zaman feli sifəti vasitəsilə düzəlir , yəni ( fel + ingsonluğu )
She is writing a letter.
We are writing a letter.
Is he (she)writing?
Are they writing?
İnkar formasını düzəldərkən “ tobe ”felinin səxs formasından sonra“ not” inkar ədatı əlavə edilir.
They are not writing.
Example :
I’m writing .
I’m not writing.
Isn’t she writing ?
Bu zaman forması danışıq zamanı ilə eyni anda baş verən,icra edilən hərəkətləri bildirmək üçün işlədilir.
Zaman zəfləri now , at the moment, at the present moment və ya cümlənini əvvəlində look, listen sözləri varsa bu zaman indiki davamedici zaman işlənir.
Look ! The child is playing with his toys.
The Past Continous Tense Form.Keçmiş zamanın davamedici forması
Bu zaman forması “to be” felinin keçmiş zaman forması (was, were) və əsas felin indiki zaman feli sifət ( P І ) vasitəsilə düzəlir
I was writing
We were writing
You were writing
He (she)was writing
They were writing
Sual formasını düzəldərkən “ to be” felinin şəxs formaları mübtadadan əvvələ keçir.
Was I writing?
Were we writing?
Were you writing ?
Were you writing?
Was she writing?
Were they writing?
İnkar formasını“ tobe ”felindənsonra“ not” inkar hissəciyiəlavə edilir.
I was not writing
We were not writing
He (she) was not writing
They were not writing
İşlədilməsi.
Keçmiş zamanın davamedici forması aşağıdakı hallarda işlədilir.
1.Keçmişdə dəqiq bir vaxtda baş verən ,icra edilən hərəkətləri ifadə etmək üçün.Bu halda hərəkətin icrasının dəqiq vaxtı iki vasitə ilə göstərilir.
a)felin keçmiş qeyri- müəyyən formasında olan , baş verən bir hərəkətlə.
Həmin hərəkət“ when” ilə başlanan budaq cümlə ilə verilir.
2. Zərf birləşmələri ilə ifadə edliir
at that time yesterday ( dünən bu vaxt)
at three o’clock yesterday ( dünən saat 3-də)
3. Keçmişdə baş verərəkmüəyyən müddət davam edən hərəkətləri bildirmək üçün,bu halda hərəkətin davam müddətini göstərmək üçün çox vaxt cümlədə “ the whole day, all day long”ifadələrindən biri işlədilir.
Müasir ingilis dilində keçmiş zamanin davamedici formasıhərəkətinbaşlanğıcını bildirmək üçünişlədilir.
I was beginning to learn English.
Bu zaman forması Azərbaycan dilinə felinə felin şühudi keçmiş zaman forması ilə və felin keçmiş davam forması ilə tərcümə olunur.
We were going on an excursion at that time yesterday - Dünən bu vaxt biz ekskursiyaya gedirdik.
Davamedici zaman formaları
Video Dərs