top of page

Bağlayıcı əvəzliklər (conjunctive pronouns)

 

Bağlayıcı əvəzliklər formaca sual əvəzlikləri ilə eynidir: who, whom, whose, which, what. Onlar mübtəda, xəbər, yaxud da tamamlıq budaq cümlələrini baş cümləyə bağlayır və həmin cümlələrdə mübtəda, mürəkkəb xəbərin ad hissəsi (predicativ), tamamlıq, habelə təyin funksiyasında olur.

 

What he said is quite true.(Onun dediyi tamamilə həqiqətdir.) –mübtəda

Who was the winner was unknown. (Qalibin kim olduöu məlum deyildi.) –mübtəda

I don’t know who lived here before. (Mən burda əvvəllər kimin yaşadığını bilmirəm) –tamamlıq

The problem was which way we should follow (Məsələ onda idi ki, biz hansı yolla getməliyik) – predikativ budaq cümləsi

bottom of page